Əli Əsədov belaruslu həmkarını Füzuliyə apardı - FOTO
(6-05-2025, 14:00)

Əli Əsədov belaruslu həmkarını Füzuliyə apardı - FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin erməni işğalından azad edilən Füzuli rayonuna gəlib.
dovrunnabzi.az xəbər verir ki, Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli Beynəlxalq Aeroportunda qarşılanıb.
Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib. Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.
 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 20

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930