Bakının mərkəzi küçələrindən biri təmirə bağlandı - VİDEO
(6-05-2025, 09:00)

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) yenidənqurma işləri aparır.
dovrunnabzi.az xəbər verir ki, uzunluğu 1100 metr təşkil edən sözügedən küçənin hərəkət hissəsinin eni 14 metrdir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi icra olunur, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılır. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2,5 metr enində xüsusi parkinq yerləri yaradılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması, zəruri yerlərdə yol nişanlarının qoyulması, yolcizgi, yolgöstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözügedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031