Kəmaləddin Heydərovdan iranlı nazirə BAŞSAĞLIĞI
(4-05-2025, 13:30)

 Nazir Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib.
 
Bu barədə dovrunnabzi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.
 
Nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 21

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930