Məzahir Pənahovun oğlundan daha bir şikayət: universitet müəllimini də döyüb
(3-05-2025, 12:30)

 Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına zorakılıq etməkdə ittiham olunur.

Ölkə mətbuatı dünən Məhəmməd Pənahovla bağlı qalmaqalı geniş şəkildə işıqlandırandan sonra daha bir fakt üzə çıxıb.

Belə ki, yayılan məlumata görə, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıb.

dovrunnabzi.az Teleqraf-a istinadən xəbər verir ki, M.Pənahov 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, Əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib. O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə onun boğazından tutaraq xəsarət yetirib. O.Mirzəyev aidiyyatı üzrə 22-ci bölməyə müraciət edib.

 Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı bildirilir. Belə ki, M.Pənahovun evində hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub. Onun bununla bağlı Məzahir Pənahova şikayət etdiyi qeyd olunur.
Məhəmməd Pənahovun 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurduğu və nikahının arvadının tələbi ilə Binəqədi Rayon Məhkəməsində pozulduğu da məlumdur.
Qeyd edək ki, Məhəmməd Pənahov həyat yoldaşı H.Pənahova ilə birlikdə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinə köçüb. Orada spirtli içki aludəçisinə çevrilən Pənahov həyat yoldaşını mütəmadi şəkildə fiziki zorakılığa məruz qoyub və bunun nəticəsində H.Pənahova bətnindəki övladını itirib. Ərinin zorakılığından təngə gələn xanım Bakıya qaçmağa məcbur olub.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 33

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031