Şəhid Elfaq Nağıyevin əziz xatirəsinə həsr olunmuş Mini Futbol idman növü üzrə turnir keçirildi -
(10-06-2023, 09:00)

 

09.06.2023 il tarixində  Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı rayon Gənclər və İdman İdarəsi və  Hövsan Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə  Şəhid Elfaq Nağıyevin əziz xatirəsinə həsr olunmuş Mini Futbol idman növü üzrə  turnir keçirildi. Turnirdə  Şəhidin Anası Aytəkin Nağıyeva, Atası Azad Nağıyev, Şəhidin yaxınları və Şəhid anaları iştirak edirdi. Suraxanı Rayon İcra Hakimiyyəti başçısı, Aparatın Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov və baş məsləhətçi Dəniz Aslan, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, idarənin  baş məsləhətçisi Rəşid Heydərov, Hövsan Olimpiya İdman Kompleksinin direktoru  Elşən Əliyev, Olimpiya İdman Liseyinin nümayəndəsi Fərid müəllim və Bələdiyyə, İcra Nümayəndələri də iştirak edirdi. Maraqlı və gərgin keçən turnirdə
1-ci yeri  76  nömrəli tam orta məktəbin komandası.
2-ci yeri  Hövsan Olimpiya İdman Kompleksinin komandası.
3-cü yeri X.D.T. Gimnaziyanın komandası qalib adını qazandılar.
Qalib gələn komandaları Suraxanı Rayon Gənclər və İdman İdarəsi adından təbrik edirik. 

...P.S. 2015 ci il Türkiyədə, daha sonra Azərbaycanda 2016, 2017, 2018, 2019 və 2021, 2022 və hal-hazırda şəhid tədbirləri və şəhidlərimizin xatirəsinə yarışlar keçirən cüdo üzrə idman ustası, məşqiçi müəllim Fatehler.az Təsisçi və Baş Redaktoru Arzu Hüseynova iştirak etmiş və cüdoçu şəhid, Fateh Elfaq Nağıyevi Vətən segisilə böyüdən Aytəkin anaya "Tarix yazan şəhid anası" diplomunu vermiş və "Əziz yarış iştirakçıları, gəlin Şəhid analarını ayaq üstə alqışlayaq" deyərək  tədbiri daha da rövnəqləndirmişdi.

Mənzər Qurbanova,
dovrunnabzi.az 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 169

Xəbər lenti