MƏRHUM NAZİRİN OĞLU VƏZİFƏDƏN AZAD OLUNDU - VİDEO (Yenilənib)
(18-10-2022, 18:00)



Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.
Bakı Şəhər Halqasından APA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub.
Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.
Qeyd edək ki, M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb.
“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram”, - deyə Arif Rəhimov söyləyib.
Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarıb.
Bu ilin iyununda Bakıda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləyib, yarışda hazırkı dünya çempionu Maks Ferstappen qələbə qazanıb.
Onu da qeyd edək ki, Arif Rəhimov mərhum nazir Azad Rəhimovun oğludur. 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 237

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930