Çempionlar Liqasının oyunu sükutla başlayacaq
(11-10-2022, 09:00)



Şotlandiyada "Seltik" və Almaniya "Leyptsiq"i qarasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Matçdan əvvəl İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi yad ediləcək.

Oktyabrın 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, oktyabrın 9-da baş vermiş partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 180

Xəbər lenti
12-11-2025 11:00