Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub
(28-09-2022, 17:00)
Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Roman Zozulya karyerasını dondurub.
Bu barədə 33 yaşlı hücumçu yerli radiolardan birinə açıqlama verib.
Təcrübəli forvard bu qərarı ölkədəki müharibə səbəbindən qəbul etdiyini bildirib: "Mənimlə müqavilə imzalamaq istəyən komandalar var idi. Amma dedim ki, indi bacarmıram, futbola əhəmiyyət vermirəm. Ölkədə müharibə getdiyi vaxtda oynaya bilmirəm. Başa düşürəm ki, yeni klub mənə pul qazanmağa və Ukraynaya kömək etməyə imkan verəcək. Amma hazırda futbola həvəsim yoxdur".Qeyd edək ki, Roman Zozulyanın son klubu İspaniya "Fuenlabrada"sı olub.
Ana səhifəyə qayıt
Oxunub: 165
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 09:30
03-09-2025 16:30
03-09-2025 13:00
03-09-2025 12:30
Ən çox baxılanlar
Seçilənlər