Çempionlar Liqası: Mahir Emrelinin komandası və "Trabzonspor" uduzub
(17-08-2022, 16:22)



UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyuna ehtiyatda başlayan Emreli 69-cu dəqiqədə Mislav Orşiçin əvəzinə meydana daxil olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.

Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib - 2:2.

Cavab qarşılaşmaları avqustun 24-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar




16 avqust

23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Amal Pelleqrino, 37

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1

Qollar: Viktor Klaesson, 9. Lukas Lerager, 48 - Anastasios Bakasetas, 79

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2

Qollar: Antonio Çolak, 40. Tom Lourens, 70 - İbrahim Sanqare, 37. Armando Obispo, 78

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustun bu gün olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 185

Xəbər lenti