Çempionlar Liqası: Bu gün pley-off oyunlarına start veriləcək
(16-08-2022, 10:00)



Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.

İlk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir. Emreli ötən il Polşa "Legiya"sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar
16 avqust
23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 183

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930