İslamiada: Hacı Əliyevin iranlı güləşçi ilə görüşündə insident baş verib - FOTO
(11-08-2022, 11:30)



Azərbaycan sərbəst güləşçisi Hacı Əliyevin Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə insident baş verib.

Buna 3 qat dünya və 3 qat Avropa çempionunun iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsi səbəb olub.

Qarşılaşmanın baş hakimi iki epizodda Əliyevin tətbiq etdiyi fəndləri hesaba almayıb. Üstəlik, iki güləşçi arasında gərginlik yaşanıb. İdmançı və yığmanın məşqçisi Zəlimxan Hüseynovun etirazlarına baxmayaraq, qərar dəyişməyib.

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.


Haqsızlıqlara rəğmən, titullu pəhləvan hesabda dönüş edə bilib. Nəticədə o, 7:4 hesabı ilə önə çıxıb. Bu dəfə İran tərəfinin etirazı səmərə verməyib və aktivinə daha bir xal əlavə edən Əliyev 8:4 hesablı üstünlüklə qarşılaşmanın qalibi olub. Beləliklə, o, yarımfinala vəsiqə əldə edib.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 181

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930