Stadnik İslamiadada 33 saniyəyə qələbə qazanıb
(11-08-2022, 10:30)



Qadın güləşi üzrə dördqat Olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat və IV İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən İslamiadaya parlaq qələbə ilə başlayıb.

Təxminən bir illik fasilədən sonra güləş döşəyinə qayıdan Stadnik A qrupunda Qazaxıstan təmsilçisi Svetlana Ankiçeva ilə qarşılaşıb.

O, 33 saniyəyə rəqibindən xallar alaraq görüşü erkən qələbə ilə başa vurub.
Azərbaycanın digər qadın güləşçisi, üçqat Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının gümüş medalçısı, II Avropa Oyunlarının mükafatçısı Alyona Kolesnik (59 kq) də İslamiadaya qələbələrlə başlayıb. 59 kq çəkidə yer alan Kolesnik əvvəlcə qazaxıstanlı Dürdanə Bekeşi vaxtından əvvəl 12:0, daha sonra özbəkistanlı Dilfuzə Aymbetovanı 6:3 hesabı ilə üstələyib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 184

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930