Çempionlar Liqası: Kiyev "Dinamo"sundan qələbə, "Pünik" darmadağın olub
(4-08-2022, 10:30)
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. Son oyun günündə də 5 görüş keçirilib.
Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib, Nroveçin "Budyo Qlimt" komandası isə Litva "Jalgiris"nin qapısından 5 cavabsız top keçirib.
Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"unu 4:0, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"ini 5:0 hesabı ilə darmadağın edib.
Kiyev "Dinamo"su isə Polşada Avstriyanın "Şturm" klubuna minimal hesabla qalib gəlib.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
3 avqust
20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 1:1
Qollar: Kvabena Ovusu, 34 - Frank Boli, 17
20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva) - 5:0Qollar: Uqo Vetlesen, 33 (pen.). Amal Pelleqrino, 36. Lars-Yorgen Salvesen, 58. Marius Höybroten, 61. Runar Espeyor, 90+3
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) - 4:0
Qollar: Matyö Pebern, 38 (avtoqol). Əli Məhəmməd, 54; 62. Frantsdi Pyero, 79
Qırmızı vərəqə: Vukaşin Yovanoviç, 60 ("Apollon")
22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya) - 1:0
Qol: Aleksandr Karavayev, 28
22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) - 5:0
Qollar: Osman Bukari, 29; 44; 70. Kinqs Kanqva, 33. Stefan Mitroviç, 77
Qeyd edək ki, bu mərhələnin cavab matçları avqustun 9-da oynanılacaq.
Ana səhifəyə qayıt
Oxunub: 227
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |
Seçilənlər







