Mirça Luçesku mətbuat konfransını boykot edib
(28-07-2022, 11:24)



Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyədə "Fənərbağça"ya qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransını boykot edib.

Buna İstanbul təmsilçisinin azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub.

"Dinamo"nun ilk qolundan sonra fanatlar Rusiya prezidenti Vladimir Putinin adını çəkməyə başlayıb. 77 yaşlı rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında tərəfdarlardan belə şüarlar gözləmədiyini bildirib.

Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 172

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930