Tofiq Musayevin möhtəşəm qələbəsi - "BELLATOR"DA RƏQİBİNİ 27 SANİYƏYƏ MƏĞLUB EDİB/ VİDEO+FOTOLAR
(24-07-2022, 07:33)



Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da döyüşə çıxıb.

Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub.

Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.

Dünyanın məşhur rinqinə yollanan həmyerlimizin rəqibi dünyada tanınan məşhur idmançılardan biri olan Sidney Outlawdir.

Qeyd edək ki, Sidney Outlaw bu günə qədər keçirdiyi 20 döyüşdən 16-sında qələbə qazanıb. 11 döyüşü isə vaxtından əvvəl qələbə ilə başa vurub. Outlaw hal hazırda dünyanın ən nüfüzlu təşkilatlarınnan biri olan Bellatorda yüngül çəki üzrə 1-ci yerdədir. Sidney son 6 ildə sadəcə 1 məğlubiyyət alıb.

Bundan əlavə o Brazilian Jiu-Jitsu üzrə qara kəmər sahibidir.

Tofiq Musayevə gəlincə, qeyd edək ki, həmyerlimiz 2019-cu ildə dünyanın 10 güclü idmançısı siyahısında yer alıb.

İdman Akademiyasının məzunu olan həmyerlimiz Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.




шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 195

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930