"Futbola aid hər şeyi meydanda gördük" - Qurban Qurbanov
(20-07-2022, 12:30)
“Maraqlı oyun oldu, bol qollu, azarkeşlər üçün yaxşı mübarizə alındı”
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II tənifat mərhələsində “Sürix”lə keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.
Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrə təmsilçisini 3:2 hesabı ilə məğlub edən Azərbaycan çempionu iyulun 27-dəki cavab matçı öncəsi üstünlüyə yiyələnib.
Qarşılaşmadan sonrakı mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Futbola aid hər şeyi meydanda gördük. Futbolçularım çox əziyyət çəkdilər, çox istəkli idilər. Yaxşı komandaya qarşı çıxış etdik. İstənilən halda çəkinmədik, daim rəqibin üzərinə getməyə çalışdıq”.
Ana səhifəyə qayıt
Oxunub: 190
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər