“Universal Döyüş”çülərimizin dünya çempionatında çıxışı uğurla başlayıb - FOTOLAR
(10-12-2021, 16:30)


“Universal Döyüş”çülərimizin dünya çempionatında çıxışı uğurla başlayıb

Artıq xəbər verildiyi kimi, 2021-ci il 8-12 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində Aydınbey Queens Hoteldə Universal Döyüş idman növü üzrə növbəti dünya çempionatı keçirilir. Azərbaycan Universal Döyüş Federasiyasından (UDF) aldığımız məlumatda deyilir ki, dünən çempionatın ilk təsnifat döyüşləri keçirilib. Bu döyüşlərdə iştirak edən 12 idmançımızdan 8-i qələbə qazanıb. 7 universal döyüşçümüz isə artıq özlərini yarımfinala vəsiqə ilə təmin ediblər. Yığmanın digər üzvləri yarışlara bu gün qatılacaqlar.

Bir daha xatırladaq ki, dünya çempionatında Universal Döyüş idman növü üzrə Azərbaycan yığma komandası 32 nəfərlik heyətlə ölkəmizi təmsil edir.

Bütün idmançılarımıza uğurlar diləyirik və onların qələbə xəbərlərini səbirsizliklə gözləyirik!











шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 188

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930