Universal Döyüş Federasiyasının səmərəli fəaliyyəti Gənclər və İdman Nazirliyi tərəfindən qeyd olunub
(10-11-2021, 17:07)


Universal Döyüş Federasiyasının səmərəli fəaliyyəti Gənclər və İdman Nazirliyi tərəfindən qeyd olunub

Heç şübhəsiz bu gün Azərbaycan gənclərinin həm mənəvi, həm də fiziki baxımdan sağlam və güclü, milli-vətənpərvər ruhda formalaşmaları işinin uğurla həyata keçirilməsində ölkəmizdə fəaliyyət göstərən idman təşkilatlarının da böyük rolu vardır. Bu sahədə səmərəli fəaliyyətilə seçilən qurumlardan biri də Azərbaycan Universal Döyüş Federasiyasıdır. Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi altında bu qurum uşaq və gənlərimizin milli-vətənpərvər ruhda formalaşmaları istiqamətində uğurla fəaliyyət göstərir. O cümlədən ötən həftə Ağdam Olimpiya İdman Kompleksində Universal döyüş idman növü üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib. Həmçinin iki gün öncə Federasiyasının Nərimanov rayonunda açılmış yeni zalında Azər Həsənovun təşəbbüsü ilə 8 noyabr Zəfər gününə həsr olunmuş Klublararası Turnir təşkil olunub.

Həmçinin Azərbaycan Universal Döyüş Federasiyası Gənclər və İdman Nazirliyinin “8 noyabr – Zəfər Günü” münasibətilə təşkil etdiyi həvəskarlar arasında “Unutma-Yaşat!” mini-futbol turnirində də öz komandası ilə təmsil olunub. Noyabr ayının 9-da Federasiya 5 idmançı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Bakıda keçirilmiş “Qələbə qaçışı” xeyriyyə tədbirinə qatılıb.

Əlbəttə ki, Federasiyanın səmərəli və aktiv fəaliyyəti dövlətimizin diqqətindən kənarda qalmır. Belə ki, “Unutma-Yaşat!” mini-futbol turnirində iştirakına görə Azərbaycan Universal Döyüş Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xüsusi Təşəkkürnaməsi ilə təltif edilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 12

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930