Qurban Qurbanovun 200-cü qələbəsi
(30-04-2018, 14:47)

Apasport.az saytının məlumatına görə, “Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub.
Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.
İlk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.
Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidi. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında Ağasəlim Mircavadovdan geri qalır.
Ana səhifəyə qayıt
Oxunub: 785
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər