Elnur Məmmədli: "Cüdoçularımız vuruşmadılar"
(2-08-2021, 11:25)


Elnur Məmmədli:
"Bizim cüdoçular çox güclü və perspektivli idmançılardır. Kişilərin yarışında 7 çəki dərəcəsinin hamısında lisenziya qazanmışdıq. Bu, böyük uğur idi. Amma olimpiadada gözlədiyimiz nəticələri əldə edə bilmədik".
 
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli kişi cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarını medalsız başa vurması barədə danışarkən deyib.
 
O, milli komandanın müxtəlif təlim-məşq toplanışlarında və yarışlarda iştirak etdiyini xatırladıb: "Cüdoçular güləşmədilər və vuruşmadılar. Onların formaları da qaydasında idi. Çünki bir ay əvvəl idmançılarımız müxtəlif çəki dərəcələrində dünya və Avropa çempionatlarında medal qazanmışdılar. Bunların uğursuzluğu məni və hamını şoka saldı. Olimpiadalarda sürprizlər olur. Bəzən Avropa, dünya və olimpiya çempionları da məğlubiyyətlə üzləşir, sıradan idmançı isə medal qazanır. Yay Olimpiya Oyunlarının gözəlliyi də bundadır".
 
Məmmədlinin sözlərinə görə, uğursuzluğun səbəbi haqqında cüdoçuların danışmaları məntiqə daha uyğundur: "Ola bilər ki, kimsə pis yatıb, xəstələnib və s. Bunu daha dəqiq özləri bilər. Amma mütəxəssis, olimpiya çempionu və vitse-prezident kimi deyə bilərəm ki, bu, həqiqətən bizim üçün gözlənilməz oldu. Düşünürdük ki, hər çəkidə bizim medalımız olacaq".
 
Vitse-prezident 78 kq-dan yuxarı çəkidə bürünc medal əldə edən qadın cüdoçu İrina Kindzerska haqqında da danışıb: "Biz federasiya olaraq çalışırıq ki, xanımlar cüdo idman növü ilə məşğul olsunlar. Kindzerskanın medal qazanması çox sevindirici oldu. Uğurun sirrini deyə bilmərəm. Onu bilirəm ki, İrina vuruşdu. Kindzerskanı çox yarışda görmüşəm, amma bu olimpiadada fantastik mübarizə apardı".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 202

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930