"Dinamo"nun prezidenti: "Neftçi" kimi rəqiblə oynamaq xoşdur"
(19-06-2021, 17:59)

Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun prezidenti Roman Pipiyanın "Report"a müsahibəsini təqdim edirik:
- "Dinamo" son 7 ildə avrokuboklarda 3-cü dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşacaq. Komandanız bunadək fərqli mövsümlərdə 2 dəfə "Qəbələ" ilə oynayıb. Bu dəfə isə "Neftçi" kimi tarixi rəqiblə ilk dəfə üz-üzə gələcəksiniz. Təəssüratlarınız necədir?
- Bəli, həqiqətən də 3-cü dəfə Azərbaycan komandası ilə oynayacağıq. Təbii ki, "Neftçi" ilə matçı gözləyirik. "Neftçi" böyük ənənəyə və tarixə malik klubdur. Deyərdim ki, əsl rəqibdir.
- "Dinamo"nun baş məşqçisi Kaxaber Tsxadadze və onun məşqçilər heyəti uzun illər Azərbaycanda işləyiblər. Bu amil komandanıza necə təsir göstərə bilər?
- Haqlısınız, Tsxadadze Azərbaycan futboluna yaxından tanışdır. Bu, müsbət haldır. Amma digər tərəfdən, siz də Tsxadadzeni yaxşı tanıyırsınız. Bu isə sizin üçün üstünlükdür. Hər şey meydanda həll olunacaq.
- Son iki mövsümdə çempion olmusunuz və indi də buna can atırsınız. Artıq sabit heyət qurduğunuzu demək olar?
- Gücləndirmək istədiyiniz mövqelər həmişə olur. Deyə bilərəm ki, yaxşı komandamız var.
- "Neftçi" ötən mövsüm çempion olmaqla "Qarabağ"ın 7 illik hegemonluğuna son qoydu. Bu, sizi narahat etmir?
- "Neftçi" bununla öz ambisiyalarını göstərdi. 7 illik fasilədən sonra çempionluq titulunu qaytarmaqla azarkeşlərini sevindirdi. Bu cür rəqiblə oynamaq xoşdur.
- Hazırda Gürcüstan çempionatı davam edir, mövsümün ən qızğın vaxtıdır. Azərbaycanda isə klublar hələ mövsümöncəsi təlim-məşq toplanışına yığışırlar. Bu amil sizə əlavə üstünlük verirmi?
- Bilirsiniz, hər zaman rəqibinizdə bəzi üstünlükləri görə bilərsiniz. Bunlar həmişə olur. Əsas odur ki, komandalarımız gözəl futbol göstərsinlər.
- İlk oyun Tbilisidə olacaq. Stadiona azarkeş buraxılacaq, yoxsa hələ icazə yoxdur?
- Hazırda oyunlarda stadionların ümumi tutumunun 20 faizi qədər azarkeşin iştirakına icazə var.
- Yəqin ki, futbol üzrə Avropa çempionatını izləyirsiniz. Hansı yığmanı çempionluq üçün daha şanslı hesab edirsiniz?
- Favoritlər arasında Fransa, İtaliya və Portuqaliyanı görürəm. Özüm isə Fransa yığmasına azarkeşlik edirəm.
Ana səhifəyə qayıt
Oxunub: 251
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






