Azərbaycan güləşçisindən erməniyə idman dərsi – 8:0
(19-06-2021, 17:58)


Azərbaycan güləşçisindən erməniyə idman dərsi – 8:0
Azərbaycanın daha beş yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə qoşulub.
 
Bunlardan 60 kq-da mübarizə aparan Fərid Xəlilov təsnifat mərhələsində Rati Xozrevanidzeni (Gürcüstan) 13:5 hesabı ilə məğlub edib.
 
Daha sonra moldovalı Oleq Bajuranı üstələyən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Rostom Makiçyana heç bir şans verməyib – 8:0. Xəlilov yarımfinalda Enes Ülkü (Türkiyə) ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) bürünc medal qazanıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 176

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930