Canni de Byazi: “Ümid edirəm ki, tezliklə “Qarabağ” yenilənmiş arenada oynaya biləcək”
(21-05-2021, 11:30)

“Yerli “Qarabağ” stadionunu ziyarət etdim. Hazırda “İmarət” stadionundayam”.
Bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi instaqram səhifəsində paylaşımı zamanı yazıb.
AFFA-nın vitse-prezidenti Elxan Məmmədov və “Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda ilə birlikdə işğaldan azad olunan Ağdam rayonuna ziyarət edən italiyalı mütəxəssis təəssüratlarını bölüşüb.
O, “Qarabağ”ın tezliklə doğma məkanda meydana çıxacağına ümid etdiyini vurğulayıb: “Düzdür, məlum səbəblərdən burada yalnız xarabalıqları görə bilərik. Ancaq ümid edirəm ki, tezliklə “Qarabağ” burada yenidən qurulması lazım olan stadionda, yenilənmiş arenada oynaya biləcək”.
De Byazi səfər zamanı Milli Qəhrəman şəhid Allahverdi Bağırovun məzarını da ziyarət edib.


Ana səhifəyə qayıt
Oxunub: 227
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər