Serbləri məyus etmiş ilk azərbaycanlı futbolçu kimdir?
(31-03-2021, 18:00)


Serbləri məyus etmiş ilk azərbaycanlı futbolçu kimdir?
Azərbaycan futbolçularından Serbiya millisinin sələfi olan Yuqoslaviya seçməsinə ilk qolu Anatoli Banişevski vurub.
 
Bu barədə DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçı ilə bağlı AFFA-nın hazırladığı Oyun proqramında bildirilir.
 
"Neftçi"nin sabiq hücumçusu 1965 - 1972-ci illərdə SSRİ yığmasının heyətində 4 matçda bu kollektivə qarşı oynayıb və 1 dəfə fərqlənib.
 
Həmçinin 1970-ci ildə Moskvada keçirilmiş yoldaşlıq görüşündə (4:0) flaqmanın digər keçmiş hücumçusu Vitali Şevçenko da çıxış edib. O, 20-ci dəqiqədə hesabı açıb.
 
Serbiya yığmasının 2006-cı ildən başlanan tarixi ərzində ən böyük hesablı məğlubiyyəti isə 2019-cu ilin iyununda Ukrayna ilə görüşə təsadüf edib. AVRO-2020-nin seçmə mərhələsinin Lvovda keçirilmiş görüşündə meydan sahibləri 5:0 hesablı qələbə qazanıb. Serbiyalılar 2020-ci ilin noyabrında isə UEFA Millətlər Liqası matçında Rusiyaya Belqradda 5:0 hesabı ilə qalib gələrək ən böyük hesablı qələbələrindən birini qazanıb.
 
2020/21 mövsümündə Azərbaycan Premyer Liqasında Serbiyadan 6 futbolçu çıxış edir ki, onlardan müdafiəçi Voyislav Stankoviç “Neftçi”nin, qapıçı Saşa Stamenkoviç və müdafiəçi Filip İvanoviç “Sabah”ın, yarımmüdafiəçi Uroş Matiç “Qarabağ”ın, müdafiəçilər Nemanya Ancelkoviç və Lazar Corceviç isə “Zirə”nin şərəfini qoruyur. Bu futbolçulardan Stankoviç 2010-cu ildə Serbiyanın əsas millisində 1 oyun keçirib. Uroş Matiç isə vaxtilə ölkəsinin U-19 yığmasında çıxış edib.
 
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930