Həyat yoldaşı Kasilyasdan boşanır – xəstəliyə görə
(12-03-2021, 10:00)

İspaniyanın əfsanəvi qapıçısı İker Kasilyas həyat yoldaşı Sara Karbonero ilə boşanır.
Buna səbəb cütlüyün münasibətinin əvvəlki kimi olmamasıdır.
“Porto”da olarkən məşq zamanı infarkt keçirən sabiq qolkiperin yoldaşı həmin vaxt xərçəng xəstəliyinə yoluxub. Beş il Portuqaliyada yaşadıqdan sonra ötən il İspaniyaya dönən ailədə ayrılıq qərarı Karboneroya məxsusdur. Çünki Sara xərçəng xəstəliyindən müalicə olunduğu vaxt İkerdən lazımi dərəcədə dəstək görmədiyini düşünür.
Qeyd edək ki, İker Kasilyasla Sara Karboneronun sevgili olduğu DÇ-2010-un final matçından sonra canlı yayım zamanı qapıçının jurnalist xanımı öpməsi ilə üzə çıxıb. 12 ildir birlikdə yaşayan və 5 ildir evli olan cütlüyün 7 və 4 yaşında iki oğlu var. (Apasport.az)
Ana səhifəyə qayıt
Oxunub: 184
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər