“Fənərbaxça”ya texniki məğlubiyyət veriləcək - Kubokdan çıxarılacaq
(20-04-2018, 12:40)

“Fənərbaxça”ya texniki məğlubiyyət veriləcək - Kubokdan çıxarılacaq
Dünən Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” oyunu meydan sahibi azarkeşlərin qalmaqal yaratmasına görə təxirə salınıb. Dovrunnabzi.az “Milliyyət”ə istinadən xəbər verir ki, TFF-nin “sarı lacivərtlilər”ə verəcəyi cəza bəlli olub.

Belə ki, federasiya “Fənərbaxça”ya 0:3 hesablı məğlubiyyət verəcək.

Türkiyə Superliqası nizamnaməsində görə təhlükəsizlik səbəbi ilə matç təxirə salınarsa, təhlükəsizliyi təmin edə bilməyən tərəfə texniki məğlubiyyət verilməlidir: “Əgər təhlükəsizlik səbəbi ilə matç təxirə salınarsa, təhlükəsizliyə cavabdeh olan tərəfə texniki məğlubiyyət verilməli. İntizam Komitəsi səbəbi araşdıraraq həmin komandanı növbəti mövsüm üçün eyni turnirdən ixrac edə bilər”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 738

Xəbər lenti