"Formula 1"in təqvimi dəyişdi
(12-01-2021, 11:00)
"Formula 1" üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.
Moderator.az yarışın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, mövsüm 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.
19 - 21 martda keçirilməli olan Avstraliyadakı yarış 19 - 21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16 - 18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.
Əvvəlki təqvimə görə 9 - 11 apreldə Çində yarış keçirilməli idi. "Formula 1" rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə müzakirələri davam etdirir.
Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
Ana səhifəyə qayıt
Oxunub: 197
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Aprel 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||
Seçilənlər







