"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu - SƏBƏB AÇIQLANDI
(25-07-2025, 09:30)

Türkiyənin Bolu şəhərində "Turan Tovuz" və İran çempionu "Traktor" komandaları arasında iyulun 29-da keçirilməsi nəzərdə tutulan yolxlama oyunu ləğv olunub.
Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub:
"Traktor"la görüş komandaların hazırlıq planındakı dəyişiklik və bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Futbol ictimaiyyəti və azarkeşlərimizdən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik".
Qeyd edək ki, "Turan Tovuz" yeni mövsümə hazırlığın birinci mərhələsini 6-19 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçib. İyulun 24-də Boluda başlanan təlim-məşq toplanışı avqustun 6-də davam edəcək
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 18

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930