Messi qolların sayına görə Ronaldunu ötdü
(21-07-2025, 17:00)
ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi penaltilər nəzərə alınmadan karyerası ərzində vurduğu qolların sayına görə Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub.dovrunnabzi.az xəbər verir ki, ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində keçirilən "Nyu-York Red Bullz"la səfər oyununda (5:1) dubl edən Messi hazırda karyerasında ümumilikdə 874 qol vurub. Onun bu qollarından 764-ü penalti zərbələri olmadan qeydə alınıb.
Kriştianu Ronaldunun hesabında isə ümumilikdə 938 qol var ki, onların 175-i penaltidən vurulub. Messi peşəkar karyerası ərzində 1 114 oyun, Ronaldo isə 1 281 oyun keçirib.
Qeyd edək ki, Lionel Messi son yeddi matçda altıncı dublunu rəsmiləşdirib. O, MLS tarixində ardıcıl beş oyunda iki qol vuran ilk futbolçu olub.
Ana səhifəyə qayıt
Oxunub: 315
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






