Azərbaycanlı yazıçının romanı Serbiyada nəşr olundu
(21-07-2025, 15:30)

 Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub.
dovrunnabzi.az xəbər verir ki, nüfuzlu “Alma” nəşriyyatında yayınlanan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çevirlib. Nəşriyyatın “Asiya ədəbiyyatı kitabxanası” seriyası ilə yayınladığı kitabın redaktoru Diana Javanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın “xalq kitabxanaları”nın ortaq layihəsi əsasında yayınlanıb.
Vaqif Sultanlının nəsr yaradıcılığında xüsusi yer tutan, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda aşkarlanır. Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidə deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan vermişdir.
“Səhra savaşı” romanı ədalətsizliyin yaşanılmaz hala gətirdiyi çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, mənasızlaşma, gərəksizləşmə kimi sosial və mənəvi-əxlaqi problemlərə kəskin etiraz ruhu ilə seçilməkdədr. Süjet xətti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan, bədii konflikti İnsanla Zaman arasında cərəyan edən romanın baş qəhrəmanı kimi canlandırılmış Qoca obrazının timsalında hadisələrə işıq tutulması mətnin estetik özəlliyini şərtləndirir. Əsərdə yer üzündə gündən-günə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın real mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.
İlk dəfə 2013-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman indiyədək dünyanın bir sıra dillərinə çevrilmiş, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə nəşr edilib, haqqında müxtəlif səpkili araşdırmalar aparılıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 21

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930