"İmişli"ni Premyer Liqaya çıxaran baş məşqçinin yeni iş yeri bilindi
(15-07-2025, 15:30)

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "İmişli"nin sabiq baş məşqçisi Fərid Namazovun yeni iş yeri müəyyənləşib.
xeberde.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı çalışdırıcı "Şamaxı"ya keçib.
Namazov bölgə klubunun əvəzedici komandasını çalışdıracaq. O, bu postda Məqsəd Yaqubəliyevi əvəz edəcək. Onun köməkçiləri də bəllidir. Ötən mövsüm "Səbail-2"də çalışmış Ramiz Hüseynov və Yaşar Abuzərov Namazova kömək edəcəklər.
Yeni məşqçilər korpusu artıq bu gün komandanı "ASK Arena"da səhər saatlarında baş tutan ilk məşqə çıxarıblar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 18

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930