Əfsanəvi boksçunun oğlu xüsusi əməliyyatla həbs olunub
(4-07-2025, 13:00)

dovrunnabzi.az-ın məlumatına görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat verib.
"İmmiqrasiya və Gömrük Xidməti tanınmış meksikalı boksçu və cinayətkar, ABŞ-da qanunsuz olan kiçik Xulio Sezar Çavesi saxlayıb. Onun tezliklə ABŞ-dan deportasiyası üzərində iş gedir. O, Meksika vətəndaşıdır... Orada isə ona qarşı mütəşəkkil cinayətkarlıq, odlu silah və partlayıcı maddələrin ticarətində iştirakı maddələri ilə ittiham irəli sürülüb", - qurumun bəyanatında deyilir.
"Associated Press" agentliyinin məlumatına əsasən, 39 yaşlı idmançının saxlanılmasında xeyli sayda agent iştirak edib. Həbs zamanı kiçik Çaves "Studio City" rayonu ərazisində yerləşən evinin yaxınlığında skuterlə hərəkət edirmiş.
Ana səhifəyə qayıt
Oxunub: 316
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər