Füzuli Məmmədov: “İşimin başındayam”
(16-06-2025, 12:00)
“Mingəçevir” Azərbaycan I Liqasında mövsümü 4-cü sırada bitirib. Komandanın baş məşqçisi Füzuli Məmmədov “FutbolPress“ə açıqlamasında mövsümü dəyərləndirdi:
“Komandanı çətin durumda götürdük. Bilirdik ki, bizi ağır mövsüm, sonluq gözləyir. Lakin məşqçilər heyətimizin təcrübəsi və inamı var idi. İşimizə peşəkar yanaşdıq və bunun öhdəsindən gəldik. Ambisiyalı məşqçilər üçün mükafat tutduğumuz yer, qazandığımız nəticələrdir”.
Mütəxəssis kluba ASTA-nın (Azerbaijan Sport Talents Academy) sponsor gəlməsindən sonra vəziyyətin dəyişdiyini bildirdi:
“Sponsorun gəlişindən sonra komandanın strategiyası dəyişib, hədəf yüksək yerlərdir. Mənim məşqçilər heyətim keçmişi zəngin olan, təcrübəli adlardan ibarətdir. Buna qədər daha böyük komandalarda, milli komandalarda işləmişəm. Savadım, bacarığım imkan verir ki, yüksək yerlər uğrunda mübarizə aparaq. Üzərimdə hansısa təzyiq hiss etmirəm”.
Mütəxəssis sonda klubdan ayrılacağı iddiaları haqda danışdı:
“Bu haqda heç bir məlumatım yoxdur. Klubla 2 illik aktiv müqaviləm var. Hazırda komanda tətildədir və mən də işimin başındayam”.

Ana səhifəyə qayıt
Oxunub: 314
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər