Azərbaycan güləşçisi U-17 Avropa çempionatının finalına yüksəlib
(10-06-2025, 15:30)
Azərbaycan güləşçisi Rihad İbrahimli Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatının finalına yüksəlib.Bu barədə dovrunnabzi.az-a Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.
Qurban Məcnunov (48 kq) debütdə macarıstanlı Qerqo Zatko (11:2) üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Barış Soylunu 6:1 hesabıyla üstələyən 15 yaşlı güləşçimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Martin Manjikyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmada xalların keyfiyyətinə görə (6:6) məğlub olan Məcnunov sabah bürünc medal uğrunda görüşdə yunanıstanlı Nikolaos Zinisa ilə güləşəcək.
Ayxan Əsədli (55 kq) belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə “tuş”la uduzub.
Ramil Musayev (65 kq) italiyalı Alessio Arankionun kürəyini xalçaya sıxıb, vaxtından əvvəl qələbəni bayram etsə də, 1/8 finalda belaruslu Vladislav Salavyova məğlub olub – 3:5.
Nicat Yeylaqaliyev (80 kq) çexiyalı Jaçim Jaburek (8:0) üzərində inamlı qələbənin davamını yunanıstanlı Stefanos Vasdekislə görüşdə gətirib – 6:1. Gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) də heç bir şans tanımayan Nicat yarımfinalda litvalı Benediktas Bubeleviçyusa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Yeylaqaliyev sabah üçüncü yer uğrunda görüşdə ya Danilo Aksentiyeviç (Serbiya), ya Olivers İrklis (Latviya), ya da Yens Abrahamssonla (İsveç) üz-üzə gələcək.
Rihad İbrahimli (110 kq) startda belaruslu Matvey Silişə (5:1), ardınca isə polşalı Mateuş Tomelkaya (11:2) qalib gəlib. Yarımfinalda ukraynalı Anatoli Novaçenkodan (4:1) güclü olan İbrahimli adını finala yazdırıb. Rihad sabah həlledici qarşılaşmada bolqarıstanlı Denis Lazarovla mübarizə aparacaq.
Ana səhifəyə qayıt
Oxunub: 347
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






