Berdıyev Azərbaycandan qaçdı - Zənglərə cavab vermir
(4-06-2025, 18:00)

Rusiyalı məşqçi Qurban Berdıyev “Turan Tovuz” klubunun rəhbərliyindən gələn zənglərə cavab vermir.
dovrunnabzi.az xəbər verir ki, bu barədə Sport24.az məlumat yayıb.
"İyunun 1-2-də klub rəhbərliyinin baş məşqçi ilə görüşü olmalı idi. İclasda yeni mövsümlə bağlı planlar hazırlanmalı, komandanın formalaşdırılması ilə bağlı qərarlar qəbul edilməli idi. Lakin mövsümün sonunda Rusiyaya yollanan Berdıyevdən heç bir xəbər yoxdur. Rəsmilər son günlər bir neçə dəfə mütəxəssislə əlaqə saxlamağa cəhd etsələr də, uğursuzluqla üzləşiblər. O, Azərbaycandan gələn zənglərə cavab vermir”, - məlumatda bildirilir.
Ötən mövsüm “Turan Tovuz” avrokuboklara vəsiqə qazana bilməyib, Azərbaycan çempionatında 4-cü yeri tutub.
Ana səhifəyə qayıt
Oxunub: 329
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər