Gürcüstanın idman naziri Azərbaycana gələcək
(4-06-2025, 17:30)

dovrunnabzi.az xəbər verir ki, Qoqoladze görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, yaxın zamanda onun xaricə ilk rəsmi səfəri Azərbaycana olacaq.
Səfər zamanı azərbaycanlı həmkarı ilə bir sıra yeni layihələr müzakirə ediləcək ki, bu layihələr hər iki dövlət və xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Qoqoladze vurğulayıb ki, son illərdə Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib və bu sahədə böyük təcrübəyə malikdir.
O, həmçinin qeyd edib ki, azərbaycanlı idmançılar müxtəlif idman növləri üzrə Gürcüstana gəlir, gürcü idmançıları isə Azərbaycanda yarışlarda iştirak edir. Münasibətlərin və əməkdaşlığın daha da dərinləşməsi üçün belə görüşlərin sayının artırılması vacibdir.
Nazir əlavə edib ki, tez-tez keçirilən görüşlər iki dost və qardaş xalq arasında daha sıx əlaqələr yaratmağa xidmət edir.
Ana səhifəyə qayıt
Oxunub: 314
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər