Məşhur futbolçunun evi qarət edildi
(20-05-2025, 11:00)

Fransanın “Lion” klubunun hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.
dovrunnabzi.az xəbər verir ki, hadisə ölkə çempionatının 34-cü turunda baş tutan “Lion” – “Anje” (2:0) matçı zamanı yaşanıb.
Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub.
Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 306

Xəbər lenti