Məşhur güləşçimiz dopinqə görə idmandan UZAQLAŞDIRILDI
(5-05-2025, 14:00)

 Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.
dorunnabzi.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, buna idmançının analizində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.
Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində "S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium" aşkarlanıb.
M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031