Güləşçimiz antidopinq qaydalarını pozdu
(5-05-2025, 10:00)

 
Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.
dovrunnabzi.az AMADA-ya istinadən xəbər verir ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.
Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium aşkarlanıb.
M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 25

Xəbər lenti