Lerikdə Şəhid anası incidilir - NARAZILIQ VAR...
(21-07-2023, 14:30)


Lerikdə Şəhid anası incidilir - NARAZILIQ VAR...

Lerik rayonu, Noda kənd sakini, şəhid anası Qurbanova Fəxrəndə Şamməd qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Suraxanı rayon İcra Hakimiyyətinə pul vermədiyi üçün, aldığı torpaq sahəsində ev tikməsinə icazə verilmir:

"Mən, Qurbanova Fəxrəndə Şamməd qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün deyim ki, şəhid Qurbanov Ramil Rukəxan oğlunun anasıyam. Oğlum rəhmətə gedən gündən ağır xəstəliyə düçar olmuşam. Hal-hazırda Binə südçülük savxozu, Mübariz İbrahimov küçəsində kirayədə yaşayıram. Xəstəliyimlə bağlı yaşadığım yerdən Bakı şəhərinə köçməli oldum.

İcra Hakimiyyəti aldığım 2 sot torpaq sahəsində öz büdcəmlə ev tikməyimə mane olur. Hər bir şəhid ailəsi evlə təmin olunur, dövlətim tərəfindən mənə ev verilmədi. Şəhidimin qəbri yararsız vəziyyətdədir, gücüm çatanı edirəm.

Mənə qarşı edilən bütün saymamazlıqlara dözmüşəm. Heç olmasa, icazə verilsin, özüm öz gücümə evimi tikim. Bu dövlətin bir yiyəsi var, onu bilirik, amma sözümüz ona çatana kimi biz olmazın zülm çəkirik”.

Şəhid anasının redaksiyamıza göndərdiyi video müraciəti oxucularımıza təqdim edirik:

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 201

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930