Hərbçimizin məzarına 2 ildir ki BAŞDAŞI QOYULMUR? - BU NƏDİ BELƏ?
(14-11-2022, 12:00)


Hərbçimizin məzarına 2 ildir ki BAŞDAŞI QOYULMUR? - BU NƏDİ BELƏ?


İki ildir ki, Babayevlər ailəsi hərbi xidmətdə həlak olan oğullarının qəbrinə başdaşı qoymayıblar.

Rəşid Babayev hərbi hissədə beş il həkim kimi çalışıb. İki il öncə qeyri-döyüş şəraitində həlak olub.

Ailənin tələbi oğullarını ölümə sürükləyən şəxslərin tapılması, övladına şəhidlik statusu verilməsi və məzarının yerinin dəyişdirilməsidir.

Sürəyya Babayeva deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara məktublar yazsalar da,müraciətlərinə hay verən olmayıb.

Məsələ ilə bağlı Toplum Tv Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışıb. Gün ərzində dəfələrlə edilən zənglər cavabsız qalıb.

Bu ilin sentyabr və oktyabr aylarında qeyri- döyüş şəraitində həlak olan hərbçilərin yaxınları Prezident Administrasiyası, Milli Məclisin qarşısında silsiləvi etiraz aksiyaları keçiriblər. Ailələr övldlarına şəhidlik statusunun verilməsi tələb edib, hərbi hissələrdə baş verən qanunsuzluqlara diqqət çəkiblər. //toplum.tv//
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 198

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930