Ermənilərə çalınan ƏCƏL ZƏNGİ: Qəhrəman general Zaur Cavanşirlə ZƏFƏRƏ GEDƏN YOL
(4-11-2022, 15:30)

 Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şücaətlə yerinə yetirərkən fərqləndiyinə görə adını hərb tarixinə qızıl hərflərlə yazan qəhrəmanlardan biri də Zaur Sabir oğlu Cavanşir (Məmmədov)-dir.
O, Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsinin görkəmli davamçılarından olan Zaur Cavanşir Pənahəli xan nəslinin nümayəndəsidir.
Cəsur savaşçı 2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil almışdır. Həm Xüsusi Təyinatlı Qüvvələrdə, həm də cəhbə bölgəsində taqım, bölük, tabor, briqada komandiri vəzifələrində xidmət edən general-mayor 2016-cı ildə Azərbaycan ordusunun Aprel döyüşlərində qazandığı tarixi uğurların imza sahiblərindən biri olmuşdur.
Zaur Cavanşir 27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasına görə, düşmənin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən başlanan əks-hücum əməliyyatının yükünü silahdaşları ilə birlikdə çiyinlərinə almaqdan çəkinməyib. Sürətlə alovlanan qarşıdurmalar qısa müddətdə İkinci Qarabağ müharibəsinə çevrilib.
General-mayor Şuşa, Füzuli, Kəlbəcər, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif edilmiş və “Vətən Müharibəsi Qəhramanı” adına layiq görülmüşdür.
Zaur Cavanşir “Yeni torpaqlar üçün yeni müharibə” şüarı ilə Azərbaycanın əzəli və müqəddəs torpaqlarında xain təxribatlar törədən erməni ordusunun cəzalandırılması məqsədilə düşmənə dəqiq və dağıdıcı zərbələrin vurulduğu döyüşlərə başçılıq etmiş, daha dəqiq desək, “Dəmir Yumruq” simvolunun ən vacib güclərindən biri olmuşdur.

Qəhrəman rəhbər həm Azərbaycan, həm də dünya hərb tarixinin danılmaz səhifəsinə çevrilmiş Şuşa əməliyyatının hücum qruplaşmasının icraçılarından biri olub. Sözügedən şəhərin azad edilməsində və müdafiəsinin təşkilində müstəsna xidmətləri olan Zaur Cavanşir daha sonra Zəfər Bayrağı elan edilən müqəddəs bayrağın Şuşaya sancılması əmrini qüsursuz yerinə yetirmişdir. Əlavə edək ki, Zaur Məmmədov qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirən döyüş bayraqdarları qrupuna başçılıq edib.

Yenilməz sərkərdə, Şuşanın ilk komendantı Zaur Cavanşir Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Növbəti erməni təxribatlarına qarşı iradəli, cəsarətli və düzgün idarə üsulu ilə qoşunlarımızın sərt cavab əməliyyatlarını təşkil etmiş general-mayor prezident İlham Əliyevin sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.
İgid ərənlərlə qələbə üçün yola çıxan, düşmənin yuxusunu ərşə çəkən, əsgərlərini öz canı qədər düşməndən qorumağa çalışan, hətta dəfələrlə həyatını təhlükəyə atan general-mayor Zaur Cavanşirdən danışmaq, onu öymək ancaq şərəfimizi ucaldar.
***
44 günlük Vətən Müharibəsinin qanlı günlərinin və aylarının hər saniyəsini özündə ehtiva edən, 10 milyon insanımızın hər birinin üzərində haqqı olan, müasir hərb tariximizin ən önəmli simaları, Haqq Adamları, Fatehlər, 8 Noyabr – Zəfər Gününüz Mübarək!
Kənan Bahadır
Haqlı.azшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 337

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031