Xanlar Vəliyev hərbçilərimizə qarşı misli görünməmiş qəddarlıqlardan danışıb
(9-09-2022, 12:00)



Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlarına əminəm.

Bunu Azərbaycanın Baş prokurorunun müavini-Respublikanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri" mövzusunda tədbirdə deyib.

O, müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq cinayətlərinə və digər cinayətlərə yönəltməklə, Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq törətdikləri cinayətlərdən, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlardan danışaraq, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 180

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930