“Dəmir yumruqla zəfərə doğru” kitabının təqdimatı keçirildi - foto+video
(25-07-2022, 08:00)

Hörmətli oxucular!
Ötən gün Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına vuruşub şəhid olan XTQ zabit Harun Alqayevin əziz xatirəsinə həsr olunmuş, müəllifi Gülüs Əliyevaya məxsus “Dəmir yumruqla zəfərə doğru” kitabının təqdimatı keçirildi.
Müdafiə Nazirliyinin rəsmilərinin, “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin” sədri Furudin Məmmədovun, Millət vəkili Razi Nurullayevin, dövlət telekanallarından (AzTV, Space, Mədəniyyət), “ria24.az”, “regiontv.info”, “hedeftv.info”, “fatehler.az” və s. mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu tədbirdə şəhidin ailəsi, hərbçi dostları, yaxın qohumları və s. iştirak edirdi.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildib, ardınca dövlət himni səsləndirildi. Daha sonra şəhidin həyat yoluna dair videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edənlər şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən danışdılar.
Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edildi.
Mənzər Qurbanova,
dovrunnabzi.az















Ana səhifəyə qayıt
Oxunub: 388
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar