"BU UĞUR XANKƏNDİNİ DƏ NƏZARƏTDƏ SAXLAMAĞA İMKAN VERƏCƏK" - Ekspertlərdən açıqlama
(29-03-2022, 15:00)


"Böyük hərbi strateji əhəmiyyətə malik olan Fərrux dağı elə bir nöqtədə yerləşir ki, Ağdamdan keçmiş Əsgərəna gedən yolu, Xocalı aeroportunu nəzarətdə saxlamağa imkan verir".

Bunu aytına açıqlamasında Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Azərbaycan ordusunun uğurlu əməliyyatının hərbi əhəmiyyətini şərh edərkən bildirib.

"Fərrux dağından sağ tərəfdə hündür yüksəklik var. Bu yüksəklik  isə həm Xocalının, həm də Xankəndinin üstüdür. Burada nəzarətin ələ alınması Xankəndindəki cinayətkar tör-töküntülər üçün ciddi narahatlıq mənbəyidir"- deyə, polkovnik əlavə edib.

Bundan sonra Azərbaycan ordusunun növbəti hədəfi strateji kommunikasiya yolları hesab olunan Ağdərə-Kəlbəcər, Ağdam-Şuşa yollarının nəzarətə götürülməsi ola bilərmi?

M. Səlimov yaxın gələcəkdə bunun da baş verəcəyinə inandığını bildirdi. Polkovnikin sözlərinə görə, hazırda nəinki Qarabağda Azərbaycanın maraqlarının tam təmin olunması, hətta bütün keçmiş postsovet ölkələrinin taleyi Ukrayna xalqının qəhrəmanlığından çox asılıdır: "Ukrayna bu müharibədə qəti qələbə qazansa, Rusiya acgözlüyündən əl çəkməyə məcbur olacaq, öz başının hayına qalacaq. Mən ümid edirəm ki, müharibənin uzanması Rusiyanın məğlubiyyətini yaxınlaşdırır. Fərrux dağının götürülməsi artıq inam yaradır ki, Rusiya geri çəkilməyə başlayıb. Ordumuz qısa müddətdə Qarabağa tam nəzarəti ələ keçirmək gücündədir. Bu prosesin sürətlənməsi həm də Ukraynanın qələbəsindən asılıdır".

1991-ci ildə Dağlıq Qarabağ Muxtar vilayətinin Daxili İşlər idarəsinin rəis müavini vəzifəsində çalışan müharibə veteranı, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Sadir Məmmədov “ReAL” TV-yə açıqlamsında bildirib ki, Fərruxun özünəməxsus strateji hərbi əhəmiyyəti ilə yanaşı bir mənəvi əhəmiyyəti də var: “Bu əhəmiyyət də ondan ibarətdir ki, Ağdam şəhəri Yeni Qarabağda, Qarabağ İqtisadi rayonunda mərkəz olacaq. Bu gün Ağdamda nəhəng tikinti-quruculuq işləri aparılır. Bu səbəbdən də Fərruxun yaxınlığında olan böyük su anbarının və o ərazidə çalışan insanların da təhlükəsizlik məsələsi həll olunmalıydı. Fərrux zəfərindən sonra bu baş verdi. İndi onlar daha rahat, daha təhlükəsiz şəraitdə çalışa bilərlər”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 34

Xəbər lenti
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031