Şəhidimizin xərçəngə tutulan anası dünyasını dəyişdi - FOTO
(4-12-2021, 18:00)


Şəhidimizin xərçəngə tutulan anası dünyasını dəyişdi - FOTO
2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Mahmud İbrahimovun anası Gülbəniz Mahmudova dünyasını dəyişib.
 
Şəhidimizin atası Azər İbrahimov  açıqlamasında bildirib ki, həyat yoldaşı oğlu şəhid olandan sonra xərçəng xəstəliyinə tutulub. Uzun müddətdir ki,  xəstəliklə mübarizə aparan şəhid anası bu gün dünyasını dəyişib. İndilərdə şəhid anası dəfn olunacaq.
 
 
Qeyd edək ki, şəhidimizin ailəsi əslən Cəbrayıl rayonundandır. Onlar hazırda Mehdiabad qəsəbəsində şəhərcikdə yaşayırlar. Şəhid Mahmud İbrahimov isə aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif olunub. 
 
Redaksiyadan: Biz də şəhidimizin ailəsinə başsağlığı veririk. Allah şəhid anamızı rəhmət eləsin!
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 219

Xəbər lenti
12-11-2025 11:00