“Suqovuşanın azad edilməsinin müqayisə edilməz dərəcədə əvəzi yoxdur...”
(5-10-2021, 12:11)


“Suqovuşanın azad edilməsinin müqayisə edilməz dərəcədə əvəzi yoxdur...”
“Allaha şükür, hər şey pozitivdir. Ölkə başçımızın Cəbrayıla, Suqovuşana səfəri də, ordakı çıxışı da, bir sözlə, hər şey xalqın ruhunun ifadəsidir, əks-sədasıdır. Ancaq bütün bunlara yaxşı demək olar” 
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Eldost Bayramlı deyib. Tanınmış diktor Suqovuşanın azad edilməsinin strateji əhəmiyyətindən də danışıb:
 
“Suqovuşanın azad edilməsinin müqayisə edilməz dərəcədə əvəzi yoxdur. Bu dəqiqə dünya susuzluğa doğru gedir. Quraqlıqların sayı çoxalır, meşələr məhv edilir. Bu qədər yanğınlar oldu və ekologiya korlanır. Elə ölkələr var ki, inkişaf edib, amma su etiyatları yoxdur. Azərbaycan da çayların az olduğu ölkələrdən biridir. Suqovuşanın özümüzə qaytarılması və su ehtiyatlarından istifadə etmək ən gözəl müsbət cəhətlərdən biridir. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə və Prezidentimizə can sağlığı arzu edirik”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 187

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930