İran Xəzər dənizində hərbi təlimlərə başlayıb
(30-06-2021, 13:19)

İranın hərbi dəniz qüvvələri bu gün səhər saatlarında Xəzər dənizində təlimlərə başlayıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Təlimlərə müxtəlif növ hərbi gəmilərin, çoxsaylı raket sistemlərinin, təyyarələrin, helikopterlərin və pilotsuz uçuş aparatlarının cəlb edildiyi qeyd olunur.
Bundan əlavə, təlimlərdə İranın hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı qruplarının hərəkətləri sınaqdan keçiriləcək.
Qeyd olunur ki, təlimdə iştirak edənlər qarşısında Xəzər dənizinin hərtərəfli təhlükəsizliyinin gücləndirilməsi tapşırığı qoyulub.(oxu.az)
Ana səhifəyə qayıt
Oxunub: 172
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər