7 aprel, 1980-ci il, Livan, Erməni və kürd terror təşkilatları Türkiyəyə qarşı birgə hücuma qərar verir..
(3-05-2021, 13:00)

Türkiyə Böyük Millət Məclisinin hakim AKP-dən olan millət vəkili, tarix elmləri professoru Halil Özşavlı ASALA erməni və PKK kürd terror təşkilatlarının Türkiyəyə qarşı birgə hücumlar həyata keçirməyə dair razılaşmanı nə vaxt və harada əldə etdikləri barədə sənəd əldə edib.
 
Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, həmin qərar terror təşkilatları tərəfindən 7 aprel 1980-ci ildə Livanda, Sayda şəhərinin ətrafındakı kəndlərdən birində keçirilən toplantıda qəbul olunub.
 
 
Özşavlı bu sənədi ingilis arxivlərindən əldə edib. O, ABŞ-da Miçiqan Universitetində doktorluq müdafiə edəndən sonra 2017-ci ildə İngiltərənin Kent Universitetində çalışıb, arxiv araşdırmaları ilə məşğul olub. O, apardığı araşdırmalar zamanı Böyük Britaniya kəşfiyyatının PKK və ASALA arasında işbirliyinə dair sənədlərinə rast gəlib.
 
Həmin kəşfiyyat sənədlərinə görə, ASALA və PKK Livanda keçirdikləri toplantıda Türkiyəyə qarşı birlikdə hücumlar həyata keçirməyi razılaşdırıblar. Professor başqa sənədlərdə də ASALA və PKK işbirliyinə dair sübutlar yer aldığını deyib.
 
Özşavlı bildirir ki, ASALA-nın mətbuat orqanı olan “Hayastan” jurnalında Livanda keçirilən həmin toplantıdan fotolar dərc edilib. Başlarında beret olan və üzləri görünməyən erməni və kürd terror təşkilatları nümayəndələrinin yer aldığı fotonun altında “ASALA-PKK ortaq toplantısı” sözləri yazılıb.
 
 
Bu toplantının ardınca həmin terror təşkilatları Strasburqdakı Türkiyə konsulluğuna və Afinadakı Türkiyə Turizm Ofisinə hücum həyata keçriblər. Onların 80-ci illərdə Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərinə qarşı başqa hücumlar da həyata keçirdiyi məlumdur. Sonradan  bu terror təşkilatları arasında ortaqlıq davam edib, 1990-cı illərdə Qarabağda PKK-çı militanlar ASALA ilə birlikdə döyüşüblər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 3

Xəbər lenti
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31