Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirilib
(26-04-2021, 17:00)


Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirilib
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
 
Minaatan bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
 
Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.
 
Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 181

Xəbər lenti